Xəbərlər 27.02.2025 11:58 278

Pərvanə Vəliyeva: "Beynəlxalq əməkdaşlıqlar ətraf mühitin qorunmasına böyük töhfə verir"

Bu gün Azərbaycanda ətraf mühit və insan sağlamlığı sahəsində fəaliyyət göstərən dörd ictimai birliyin həmtəsisçisi olduğu Environmental Protection First koalisiyası yeni rəqəmsal xəritənin təqdimatını keçirdi. Tədbirdə Milli Məclisin deputatı Pərvanə Vəliyeva da çıxış edərək konvensiyaların həyata keçirilməsi və transsərhəd ətraf mühitin mühafizəsi istiqamətində atılacaq addımlardan danışdı.

QHT.az xəbər verir ki, deputat çıxışında qeyd etdi ki, konvensiyaların icrası çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıqlar qurula bilər. O, Azərbaycan və Qazaxıstan arasında imzalanmış və Xəzər dənizinin dəniz mühitinin mühafizəsinə dair razılaşmaları misal gətirərək, bu kimi beynəlxalq əməkdaşlıqların ətraf mühitin qorunmasına böyük töhfə verdiyini vurğuladı:

"Mübahisəli məsələlərin həlli üçün Espoo Konvensiyasının İcra Komitəsinə müraciət edilir. Məsələ üzrə arqumentlər dinlənilir, səsə qoyulur, tərəflər qərar verir. Əgər bu, həll yolu qaneedici olmasa, Beynəlxalq Ədalət məhkəməsinə və Haaqada yerləşən Arbitraj məhkəməsinə müraciət edilir. Konvensiyanın 4-cü əlavəsinə uyğun olaraq – Sorğu Komissiyası yaradılır. Komissiya hər iki tərəf ölkənin nümayəndəsi və 1 müstəqil ekspert olmaqla 3 nəfərdən ibarət olur və bunlar məsələləri araşdıraraq sübutları Katibliyə, katiblik büroya tövsiyə edir və sonra Tərəflərin görüşünə (MoP) təqdim olunur. Qəbul edilən qərarın icrasına isə İcra Komitəsi nəzarət edir".
 
Deputat həmçinin bildirib ki, bir tərəf potensial transsərhəd təsirin ciddiliyini iddia edir, Mənşə Ölkəsi isə bunu rədd edirsə, o halda Tərəf rəsmi şəkildə Araşdırma Komissiyası yaradılmasını tələb edə bilər.
Pozuntu müəyyən edilib:

"2014-cü ildə Espoo Konvensiyasına Tərəflərin Görüşü (MOP), Azərbaycanın Ermənistan ərazisində Metsamor nüvə stansiyasının yeni reaktorunun inşası ilə bağlı Konvensiya qaydalarının pozulmasına dair irəli sürdüyü iddia ilə bağlı İcra Komitəsi çərçivəsində yekun qərar alındı. Belə ki, Espoo Konvensiyasına Tərəflərin Görüşü belə qənaətə gəldi ki, Ermənistanın ərazisində yeni nüvə reaktorunun inşası ölkənin Konvensiya qarşısındakı öhdəliklərini pozur və Espoo Konvensiyasının İcra Komitəsinə bu məsələni diqqətdə saxlamaq, həmçinin müvafiq monitorinqlər aparmaq üçün səlahiyyət verdi".


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı