Ramil İskəndərli: "Ümumdünya QHT Günü bir çox ölkələrdə qeyd olunur"
Hər il fevralın 27-də dünyada Ümumdünya QHT Günü qeyd olunur. Bu gün qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətini vurğulamaq və onların cəmiyyətə verdiyi töhfələri tanıtmaq məqsədi daşıyır.
QHT.az xəbər verir ki, Azərbaycan Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İskəndərli bildirib ki, bu beynəlxalq gün Avropa İttifaqı, Avropa Şurası və bəzi hökumətlər tərəfindən tanınır və dəstəklənir. "Ümumdünya QHT Günü müxtəlif regionlarda, xüsusən də Avropa, Asiya, Afrika və Amerika qitələrində geniş şəkildə qeyd olunur," – deyə o vurğulayıb.
Ramil İskəndərlinin sözlərinə görə, bu gün BMT tərəfindən rəsmi beynəlxalq gün kimi təyin olunmasa da, bir çox QHT, hökumət institutları və vətəndaş cəmiyyəti qrupları QHT-lərin işini təşviq etmək və onların cəmiyyət üçün əhəmiyyətini vurğulamaq məqsədilə bu fürsətdən istifadə edirlər.
Pərvanə Fərhadqızı