Xəbərlər 13.03.2025 16:31 165

BDU nümayəndə heyəti Lahor Universitetində olub - FOTOLAR

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistanın Lahor Universitetinə səfər edib. Görüşlərdə akademik, elmi və mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

QHT.az xəbər verir ki, BDU rektoru Elçin Babayev Lahor Universitetinin İdarə Heyətinin sədri Üveys Rauf və rektoru Məhəmməd Əşrəf ilə görüşüb. İkili diplom proqramları, birgə innovativ layihələr və elmi-tədqiqat əməkdaşlığı məsələləri müzakirə edilib.

Nümayəndə heyəti Lahor Universitetinin fakültələri, laboratoriyaları və mərkəzləri ilə tanış olub. Səfərin yekununda iki universitet arasında akademik mübadilə və elmi tədqiqatları nəzərdə tutan anlaşma memorandumu imzalanıb.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı