Pakistanın baş naziri xalqa müraciət edib
Xalqa müraciət edən Pakistanın baş naziri Şehbaz Şərif Hindistanın gecədəki hücumunu "qorxaqlıq" adlandırıb və Nəzarət Xətti üzərində toqquşma zamanı beş Hindistan qırıcısını vurduğuna görə Pakistan ordusunu tərifləyib.
QHT.az xəbər verir ki, lakin Hindistan qırıcı təyyarələrin vurulduğunu təsdiqləməyib. Şərif bunu Pakistanın hücuma “sarsıdıcı cavabı” adlandırıb.
"Biz mütləq (Hindistan) qarşı çıxacağıq və qalib gələcəyik"- dedi.
Şərif həmçinin Pakistanın keçən ay Hindistanın nəzarətində olan Kəşmirdə 26 nəfərin ölümü ilə nəticələnən terror aktında iştirakının olmadığını bildirib.
R.İmanov