Xəbərlər 27.05.2025 10:30 350

45 ildən sonra sinif yoldaşları bir araya gəldi - QHT sədrinin AÇIQLAMASI / FOTOLAR

Mingəçevir şəhəri 1 nömrəli məktəbin 1980-ci il 10q sinfinin 28 məzunu 45 ildən sonra bir araya gəlib.

Bu barədə məlumatı "Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, o vaxt pilot layihə kimi fizika və riyaziyyat təmayüllü təşkil olunmuş bu sinfin rəhbəri, mərhum respublikanın əməkdar müəllimi Kərimə Əliyeva olub:

"28 şagirdin təhsil aldığı bu sinif o zaman Mingəçevir şəhərində pilot layihə olaraq fizika və riyaziyyat təmayüllü kimi təşkil olunmuşdur. Sinifin rəhbəri, respublikanın əməkdar müəllimi, mərhum Kərimə Əliyeva olmuşdur. Son dərəcə şagirdlərinə qarşı nəcib olduğu qədər də tələbkar olan müəllimlərini şagirdləri çox seviblər. Sevincli və həyəcanlı görüş məktəbin qarşısında, məktəb illərindəki kimi, bir yerə toplamaqla baş tutdu. Zarafatlar, keçmiş xatirələr biri-birini əvəz etdi. Onlar məktəblərini, eyni zamanda siniflərini ziyarət etdikdən sonra müəllimlərinin və dünyalarını dəyişmiş sinif yoldaşlarının qəbrlərini də ziyarət etdilər. Görüş Mingəçevirin ən səfalı yeri olan Kür çayının qırağında gəzinti və çayın üzərində gəmi gəzintisi ilə davam etdi. Kür çayının Mingəçevir hissəsində yerləşən kiçik adalar, əsasən də müxtəlif növ quşların məskən saldığı quş adası məzunları valeh etdi. Gəmidə çay süfrəsi ətrafındakı söhbətlər, gülüş sədaları, zarafatlar, məzunların nə qədər xoşbəxtlik hissləri keçirdiklərindən xəbər verirdi. Gəzintidən sonra 45 ildən sonra görüşən məzunlar şəhərin mənzərəli yerində yerləşən istirahət mərkəzlərindən birində onlara dərs deyən 2 müəllimləri ilə birlikdə yemək süfrəsi arxasında musiqi sədaları altında şirin söhbətlər, müəllimləri ilə bağlı ən xoş xatirələri dilə gətirdilər, rəqs etdilər".

Nailə İsmayılova əlavə edib ki, səmimi görüşün sonunda, üzərində hər bir şagirdin adı yazılmış tort kəsilərək, şirin notlarla yenidən görüşmək ümidilə biri-birinə xoş arzularını çatdırdılar.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı