Xəbərlər 17.02.2023 22:35 1692

Zəlzələ bölgəsindən İstanbula gətirilən 1392 yaralının müalicəsi davam edir - ÖZƏL

Kahramanmaraşda baş verən zəlzələlərdə yaralanaraq İstanbula gətirilən 8 min 973 vətəndaşdan 1392-si şəhərin müxtəlif xəstəxanalarında müalicə olunarkən, 7 min 581-i evə buraxılıb.

qHT.az xəbər verir ki, Episentri Kahramanmaraşın Pazarcık və Elbistan rayonlarıdır.

7,7 və 7,6 bal gücündə zəlzələlərdə dağıntılar altında qalaraq xəsarət alan vətəndaşlar Türkiyə Silahlı Qüvvələrinə məxsus təyyarələr və Səhiyyə Nazirliyinin təcili yardım təyyarələri ilə İstanbula gətirilib.

Yaralılar təcili yardım maşınları ilə hava limanlarından götürülərək şəhərdəki dövlət, özəl və universitet xəstəxanalarına yerləşdirilib.

İndiyədək şəhərə gətirilən 8 min 973 yaralıdan 7 min 581-i evə buraxılarkən, 1392 zəlzələ qurbanının müalicəsi davam edir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı