Xəbərlər 02.03.2023 21:54 1217

BƏƏ-də leysan və dolu yağıb - ÖZƏL

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yağan güclü yağış və doludan sonra səlahiyyətlilər əhalini daşqınlara qarşı diqqətli olmağa çağırıb.
QHT.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təsirli olan leysan yağış və dolu həyatı dayandırıb. Füceyrə şəhərində güclü yağışlar səbəbindən yolları su basıb, maşınlar irəliləməkdə çətinlik çəkib.

Milli Meteorologiya Mərkəzi (NCM) əlverişsiz hava şəraiti ilə əlaqədar əhaliyə qəfil daşqınlara qarşı xəbərdarlıq edib.

Daşqın riskinə qarşı təhlükəli ərazilərdən uzaq durmaq lazım olduğunu açıqlayan NCM, ən çox dolunun Dibba Al Hisn, Khor Fakkan, Umm Al Quwain, Ras Al Khaimah və Ajmanda müşahidə edildiyini açıqladı.

Mart ayının qış mövsümünün sonu olduğunu bildirən səlahiyyətlilər, bu ayın ikinci yarısından etibarən temperaturların yüksəlməyə başlayacağını gözlədiklərini bildirdilər. Sabah da ölkənin müxtəlif yerlərində əlverişsiz hava şəraitinin davam edəcəyi proqnozlaşdırılır.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı