Xəbərlər 13.05.2025 09:30 98

Mediasiya sahəsində əməkdaşlıq: Quba 1 saylı Mediasiya Təşkilatında görüş

Bu gün Bakı 21 saylı Mediasiya Təşkilatının rəhbəri, tanınmış vəkil-mediator Zaur Mirzəbəyov Quba 1 saylı Mediasiya Təşkilatına işgüzar səfər edib.

QHT.az xəbər verir ki, görüş zamanı Quba 1 saylı Mediasiya Təşkilatının direktoru Hümmət Əliyev və Zaur Mirzəbəyov arasında mediasiyanın inkişafı və barışıq sazişlərinin effektivliyinin artırılması istiqamətində fikir mübadiləsi aparılıb.

Tərəflər gələcək əməkdaşlıq imkanlarını, təcrübə mübadiləsinin əhəmiyyətini və mediasiya mexanizmlərinin regionlarda daha geniş tətbiqi üçün görüləcək tədbirləri müzakirə ediblər.

Görüşün sonunda xatirə şəkli çəkilib.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı