Xəbərlər 03.03.2023 12:03 1389

ABŞ-da beyin yeyən amöba panikası - ÖZƏL

ABŞ-ın Florida ştatında bir nəfər beyin yeyən amöba səbəbindən ölüb. Həyatını itirən şəxsin kimliyi açıqlanmasa da, onun ölüm xəbəri yerli əhali arasında təşviş yaradıb.
QHT.az xəbər verir ki, Ştatın cənub-qərbindəki Charlotta şəhərində baş verən hadisədən sonra səhiyyə işçiləri, insanın sinuslarını krandan su ilə təmizləyərkən amöbaya tutulduğunu söylədi.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin məlumatlarına görə, Naegleria fowleri amöbinə yoluxmuş bir insanın sağ qalma ehtimalı olduqca aşağıdır.

Dünən dünyasını dəyişən şəxsin fevralın 23-də xəstəxanaya aparıldığı açıqlanıb. Onun ölüm xəbəri yerli əhalidə qorxuya səbəb olub.

Ştatın səhiyyə işçilərindən biri Jae Williams, amöbanın suya necə girdiyinin araşdırıldığını izah etdi.

Bu amöba növü adətən isti şirin su mənbələrində, hovuzlarda və göllərdə olur.

Bu təkhüceyrəli canlı insan orqanizminə burun yolu ilə daxil olduqda ölümə səbəb olur, lakin ağızdan qəbul edildikdə mədə turşuları amöbanı məhv edir.

Səlahiyyətlilər xalqı sinuslarını birbaşa kran suyu ilə təmizləməməyə çağırdı.

Bunun əvəzinə təmizlənmiş sudan və ya qaynadıqdan sonra otaq temperaturuna gələn sudan istifadə etmək tövsiyə edildi.

Bu proses suda olan bakteriyaları öldürür.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı