Xəbərlər 14.03.2023 18:17 2257

Ermənilərdən növbəti hiylə: Avropalılar sərhədə aparılır...

Ermənistan Laçın yolunun “blokadada” olduğu iddiasını sübut etmək üçün avropalıları sərhəddə yolun başlandığı yerə aparır. ABŞ səfiri Kristina Kvindən sonra İrəvanda səfərdə olan NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen də bölgədə olub.

 

QHT. az Axar.az -a istinadən xəbər verir ki, bunu politoloq Asif Nərimanlı deyib.

 

“Hətta “Qarabağa qayıda bilməyən” ermənilərlə görüşü də təşkil edilib, halbuki, yoldan mülki şəxslərin və yüklərin keçidində heç bir problem yoxdur. Rasmussenlə görüşən ermənilər də ya Qarabağda yaşayanlar deyil, ya da İrəvan tərəfindən belə hallarda istifadə edilmək üçün saxlanılanlardır”, - Nərimanlı bildirib.

 

Politoloq Azərbaycanın da eyni addımı atmalı olduğunu deyib:

 

“Avropadan gələnləri aksiya ərazisinə aparıb blokadanın olmadığını əyani şəkildə göstərmək olar”.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı