Xəbərlər 16.03.2023 16:54 2183

“Avropa İttifaqı missiyası Ermənistana gəldikdən sonra Paşinyan Fransaya güvənərək fəallaşıb…”

Martın 14-də Ermənistan hökumət başçısı Paşinyan, keçirdiyi mətbuat konfransı zamanı ölkəmizə qarşı əsassız iddialar səsləndirib. Erməni “Telegram” kanalları Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan və Qarabağla sərhəddə toplanması barədə iddialar yayıb. Maraqlıdır ki, eyni anda İran mediası da heç bir əsas olmadan eyni iddialarla çıxış edib. Bu ölkə mediası iddia edir ki, İslam İnqilabı Keşikçiləri Korpusu Azərbaycanın böyük qoşun kolonlarının hərəkətini qeydə alıb. Ona əsasən də iddia edirlər ki, rəsmi Bakı Qafqazda regional müharibəyə başlamaq niyyətindədir.

 

Bu iddiallar niyə gündəmə gətirilir? İran və Ermənistanın iddiaları yaymaqda məqsədləri nədir? Beləliklə Visiontv.az saytına açıqlamasında mövzu ilə bağlı suallarımızı Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov cavablandırıb :

 

“Hazırda Ermənistan Azərbaycana qarşı total informasiya müharibəsi aparmaqdadır. Eyni zamanda beynəlxalq hüquq müstəvisində Azərbaycana qarşı mübahisə açıb beynəlxalq ədalət məhkəməsinin və Avropa İttifaqının qətnamələrini ardıcıl olaraq əldə etməkdədir. Guya Azərbaycan birinci növbədə erməni xalqına irqçi siyasət aparır. İkinci növbədə isə Azərbaycan Ermənistan ərazilərini işğal edib. Əlbəttə ki, bunlar yalan və saxta məlumatlardır.

 

Amma bu saxta məlumatlara İran və Ermənistan müxtəlif vasitələrlə don geyindirməyə çalışırlar. O cümlədən Ermənistan, Avropa Parlamentinin, Fransa Senatının qətnamələrini əldə etməyə çalışır. Bu işdə erməni tərəfiylə müttəfiqlik edən İrandır. İran guya Azərbaycan qoşunlarının dislokasiya olunması barədə guya müşahidələr apardığını qeyd edib. Bununla da Ermənistana dolayı yollarla dəstək göstərir. Azərbaycanın hərbi əməliyyatlara hazırlaşması ilə bağlı yalan kompaniyasında ermənilərə dəstək verməkdədir. Bu iddiaların yayılmasının məqsədi, Ermənistanın şər-böhtan kompaniyasına dəstək verməkdir. Əslində isə məlumdur ki, ölkəmizlə Ermənistan arasında sərhədlərin delimitasiyası reallaşmayıb. Bunun həyata keçirilmədiyi halda Ermənistan və İranın belə iddialarla çıxış etməsi çox gülüncdür.

 

Dövlətimiz tərəfindən, Ermənistana və onun havadarlarına hələ xeyli müddət əvvəl təklif edib ki, istənilən xəritələrlə biz delimitasiya proseslərinə hazırıq. Lakin erməni tərəfi bilərəkdən bu təkliflərdən yayınır. Burada əsas məqsəd də sülh sazişindən yayınmaqdır. Qarabağda qalmış separatçıların fəaliyyətinə haqq qazandırmaq və ölkəmizi irqçilikdə ittiham etməkdir. Beləcə növbəti saxtakarlıqla hay – küy kompaniyası başladılıbdır. O cümlədən Nikol Paşinyan xüsusən Avropa İttifaqının missiyası Ermənistan ərazisinə gəldikdən sonra xüsusi olaraq fəallaşıb. Avropanın himayəsini, Fransanın timsalında öz üzərində hiss etməkdədir. Ona görə də Paşinyan Avropa İttifaqına güvənərək belə iddialarla çıxış etməyə davam edir.”

 

Bünyamin Bünyadzadə

Visiontv.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı