Xəbərlər 30.04.2025 11:50 124

"Zombi" vulkanı 250.000 ildən sonra yenidən canlanır

Boliviyadakı Uturuncu ("Zombi") vulkanı yüz minlərlə ildir ki, püskürmür.

QHT.az xəbər verir ki, Boliviyada yerləşən və 250 min ildir püskürməyən "Zombi" vulkanı hələ də zəlzələlər və qaz sızmaları ilə aktivlik əlamətləri göstərir. Alimlər bu vulkanın altında yerin “sombrero” formasında deformasiyaya uğradığını aşkarlayıblar. 1700-dən çox zəlzələnin təhlili göstərib ki, vulkanın altında qızdırılmış maye və qazların yerdəyişməsi bu narahatedici əlamətlərin səbəbidir. İstifadə edilən metodların 1400-dən çox digər aktiv vulkanın öyrənilməsində də tətbiq edilə biləcəyi bildirilir.

 

R.İmanov


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı