Xəbərlər 16.03.2023 20:30 2618

Masallı gənclərinin Novruz şənliyi

Masallı gənclərinin Novruz şənliyi

 

“Masallı Gənclər Evi” sosial xidmət müəssisəsində Novruz bayramına həsr edilmiş tədbir keçirilib.
“Masallı Gənclər Evi” SXM-nin direktoru Fuad Mənsimov, Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, Masallı Qadın Resurs Mərkəzinin koordinatoru Nərgiz Muxtarova və başqaları milli adət-ənənələrimizi, xeyirxahlıq və mehribanlıq kimi gözəl hissləri özündə əks etdirən Novruz haqqında danışaraq, iştirakçıları bayramı münasibətilə təbrik edib, xalqımıza xoşbəxt və firavan həyat arzulayıblar.
Novruzun əsas personajları Kosa və Keçəlin, “Viləş” uşaq bağçası fidanlarının,  gənclərin ifasında səhnəciklər, şeirlər, rəqslər, bayram əhval-ruhiyyəli kompozisiyalar, Yusif Əzizlinin təqdimatında “Xudayar təsnifi” şənliyə xüsusi rəng qatıb.
“Masallı Gənclər Evi” SXM-nin nəzdində fəaliyyət göstərən dərnək üzvlərinin rəsm və əl işləri, yeniyetmə dulusçu İsgəndər Nuriyevin hazırladığı saxsı qablar, Qadın Resurs Mərkəzi üzvlərinin eko çantalar üzərinə rəngli boyalarla çəkdikləri şəkillər, tədbir iştirakçılarında maraq doğurub. 

 

Akif AĞAYEV  
 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı