Xəbərlər 16.03.2023 21:08 2793

Masallıda ağacəkmə aksiyası 

 

 

Masallıda ağacəkmə aksiyası 

 

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət hazırda onun layiqli davamçısı Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Martın 16-da Masallıda “Heydər Əliyev İli” çərçivəsində keçirilən ağacəkmə aksiyası bunun bariz nümunəsidir.
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutan aksiyada Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı rayon İcra hakimiyyətinin başçısı Araz Əhmədov, hüquq-mühafizə orqanları, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, eləcə də partiya fəalları iştirak ediblər.
Aksiyada təmiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınması üçün rayon Göyəçöl ərazisində iqlimə uyğun 200 ədəd Eldar şamı və Dəmirağac əkilib, yeni əkilmiş tinglərə aqrotexniki qulluq göstərilib və suvarılıb.
Qeyd edək ki, ağacəkmə aksiyasının keçirilməsində məqsəd ölkədə ətraf mühitin və meşə zolaqlarının qorunması və mühafizəsini hər zaman diqqətdə saxlamış Ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edilməsi, onun yaşıllaşdırma ənənələrinin, irsininin davam etdirilməsi, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissinin təbliğidir. 

 

Akif AĞAYEV

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı