Xəbərlər 21.03.2023 14:48 2118

Şəhid Yusif Budaqovun ailəsi ziyarət edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov şəhid Yusif Budaqovun ailəsini ziyarət edib.

 

Vətən müharibəsində şücaətlər göstərən Yusif Budaqov Prezident İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Ailə ilə söhbət zamanı şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onun xatirəsinin əbədi olaraq yaşayacağı vurğulanıb.

 

Bildirilib ki, Yusif Budaqovun ailəsinə dövlətimiz tərəfindən daim diqqət və qayğı göstərilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təmin olunan şəhid ailəsinə sosial ödənişlər də təyin edilib. Bundan başqa ailə məşğulluq tədbirləri ilə də əhatə olunub.

 

Şəhidin ailəsinin sosial vəziyyətinin bundan sonra da həmişə diqqətdə saxlanacağı vurğulanıb.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı