Xəbərlər 23.03.2023 20:43 1827

QHT sədri BMT-nin İnsan Hüquqlari Şurasında Azərbaycanda aşkar olunan kütləvi məzarlıqlar barədə danışdı

Bu gün BMT-nin İnsan Hüquqlari Şurasında humanitar hüquqla bağlı maraqlı Dəyirmi Masa (Side Event) müzakirəsi keçirilmişdir.

QHT.az xəbər verir ki, tədbirdə “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli və təşkilatın İdarə Heyətinin üzvü Nigar İskəndərova iştirak etmişlər.

 

Böyük Britaniyanın “Every Casualty Counts” (tərc. -Hər bir İtki Qeydə alınmaldır) təşkilatı tərəfindən təşkil olunan bu müzakirədə silahlı münaqişələrdə hər bir qurban, itki və zərərlərin qeydə alınmasının vacibliyi məsələsi önə çəkilmişdir. Kütləvi Məzarlıqlar da bu kontekstdə müzakirə olunmuşdur.

Müzakirələr zamanı Ramil İskəndərli, öz növbəsində Azərbaycanda 1-ci və 2-ci Qarabağ müharibəsinin nəticəsi olaraq, itkin düşmüş şəxslər, kütləvi məzarlıqlar barədə iştirakçılara məlumat vermişdir. O, çıxışında məsələnin aktuallığının eyni zamanda azad olunmuş ərazilərdə mina təmizləmə işlərinin aparılması zamanı aşkar olunan kütləvi məzarlığın mövcudluğu ilə əsaslandırmışdır. Ramil İskəndərli özünün bir neçə dəfə bu cür məzarlıqlar aşkar olunan ərazilərə səfərləri barədə məlumat vermişdir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı