Xəbərlər 25.05.2023 16:20 2175

“100 ilin imzası” kitabının təqdimatı oldu

QHT. az  Bugun.tv-a istinadən  xəbər verir ki, Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan kitabın təqdimat mərasimi keçirilib. Kitabın müəllifi Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyinin sədri şairə-jurnalist Gülşən Behbud televiziyamıza bu barədə danışıb.

 

“Bildiyimiz kimi, 2023-cü il Ulu öndərin ilidir və hərkəs çalışdığı sahə üzrə, öz əməli ilə töhvə verməyə çalışır. Mən də bir qələm adamı olaraq, “100 ilin imzası” adlı kitabı ərisəyə gətirdim. Kitabda H.Əliyevlə zamanında bir yerdə çalışan insanların, onunla bağlı xatirələri olan ziyalılarımız, akademiklərimiz, müxtəlif sahələrin peşakarlarının müsahibələri yer alıb. Eyni zamanda özümün yazdığı şeirlər, yazılar da var”.

 

Yasamal rayon Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə öncə, Ulu öndərin abidəsi ziyarət olunub. Ruhu 1 dəqiqəlii sükutla yad edilib.

 

Çıxış edən G.Behbud Ulu öndərə olan sevgsindən, onun ölkəmiz üçün gördüyü işlərdən, bütün sahələrə göstərdiyi qayğıdan söz açıb. Müstəqil və Müasir Azərbaycanın qurucusunun fədakarlıqlarından danışıb.

 

Təqdimat mərasimində iştirak edən zialılar, ictima-siyasi xadimlər, incəsənət adamları da Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər.

 

“Ulu öndər haqqında çox danışmaq olar. Bu dünyada hər kəsin bir missiyası var. Ulu öndərimiz də Azərbaycan tarixinin imzasıdır. Dünənin də, bu günün də, sabahın da imzasıdır. Nə qədər Azərbaycan xalqı, tarixi var, onun imzası da hər zaman qürurla, şərəflə dillərdə gəzəcək. Bizdən sonra gələn nəsillər də kitablar, şeirlər yazacaq. Mən hər zaman deyirəm ki, Atatürk Türkiyə üçün kimdirsə, Heydər Əliyev də Azərbaycan üçün odur”,- yazıçı G.Behbudova vurğulayıb. 

Kitabda dünyaca məşhur şəxsiyyətlərin, prezidentlərin Milli lider haqqında fikirləri, sitatları da yer alıb.

 

Qeyd edək ki, “100 ilin imzası” müəllifin sayca 8-ci kitabıdır.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı