Xəbərlər 02.07.2025 21:10 31

"Dilin qadağan edilməsi cəmiyyətin problemlərini həll etmir"  - QHT sədri

Qadın və Müasir Dünya Mərkəzinin Direktoru Südabə Şirəliyeva QHT.az-a açıqlamasında cəmiyyətdə hazırda aktiv şəkildə müzakirə olunan rus dilinə məhdudiyyətlər məsələsinə münasibət bildirərək, dilin qadağan edilməsinin cəmiyyətin qarşısında duran əsas problemləri həll etməyəcəyini vurğulayıb.

Südabə Şirəliyeva rus dilinin yalnız ünsiyyət vasitəsi olduğunu, həmçinin Azərbaycanın tarixi, mədəniyyəti, elmi və insan əlaqələri ilə sıx bağlı olduğunu qeyd edib:

Rus dili problem mənbəyi deyil, ünsiyyət, mədəniyyət və təhsil vasitəsidir. Səhvləri dillər deyil, insanlar edir. Cinayəti dillə əlaqələndirmək ədalətsizlikdir. Əsl dəyərlər çoxdilliliyə qarşı mübarizədə deyil, tərbiyədə, mədəniyyətdə və təhsildədir. Ağıllı insan problemləri qadağalarla deyil, dialoqla həll edir. Bu gün cəmiyyətdə rus dilinə mümkün məhdudiyyətlər mövzusu aktiv şəkildə müzakirə olunur. Xatırlatmağı vacib hesab edirik: Dil özlüyündə təhlükə deyil. Azərbaycanda rus dili sadəcə ünsiyyət vasitəsi deyil, o, tarixin, mədəniyyətin, elmin və insan əlaqələrinin tərkib hissəsidir. Səhvləri dillər deyil, insanlar edir. Cinayət, kobudluq, aqressiya ünsiyyət dilindən asılı olmayan sosial problemlərdir".

QHT sədri həmçinin bildirib ki, cəmiyyətin müasir və tolerant olmasının vacib olduğunu, bunun üçün çoxdilliliyin və mədəni qarşılıqlı hörmətin tərəfdarı olduqlarını bildirib:

"Ağıllı insan problemləri qadağalarla deyil, hörmətlə, təhsillə, açıq dialoqla həll edə bilər. Biz dillərə qarşı deyil, cəhalətə, ayrı-seçkiliyə və zorakılığa qarşı - onların hansı dildə ifadə olunmasından asılı olmayaraq mübarizə aparmalıyıq. Fikrimizcə, biz güclü, müasir və tolerant cəmiyyətin bir hissəsi kimi çoxdilliliyin, mədəni qarşılıqlı hörmətin və ünsiyyət dilini seçmək azadlığının tərəfdarıyıq".

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı