BDU-nun 10 tələbəsi “Gənc qızların təhsilinə dəstək” layihəsindən məzun oldu
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə iyunun 23-də “Gənc qızların təhsilinə dəstək” layihəsi iştirakçılarının Məzun Günü təşkil edilib.
QHT.az xəbər verir ki, Məzun Günü 2021-ci ildə ali təhsil müəssisələrinə yüksək balla daxil olmuş “Hənifə Məlikova-Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramı və “Sən tək deyilsən” layihəsi çərçivəsində “Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramı iştirakçılarının məzun olması, eləcə də onların əzmkarlığını, nailiyyətləri qeyd etmək məqsədilə keçirilib.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, elm və təhsil naziri Emin Əmrullayev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, deputatlar və ictimaiyyət nümayəndələri, o cümlədən tələbələr iştirak ediblər.
BDU-nun 10 tələbəsi – Bahar Ağayeva, Milana Rüstəm, Gülyanaq Sarıyeva, Aydan Xammədli, Aysu Əhmədli, Həqiqə Cəfərova, Gözəl Cabbarova, Günel Yaqubova, Nargül İbrahimli, Zeynəb Bədəlova da “Gənc qızların təhsilinə dəstək” layihəsindən məzun olanlar arasındadır.
Tələbələrimizi təbrik edir, onlara daha böyük uğurlar arzulayırıq!