Xəbərlər 02.06.2023 13:58 1595

Masallıda 1000 nəfərdən artıq uşağı necə sevindirdilər?

Yaxud da, “Uşaqları dünyanın canlı çiçəkləri” adlandıranlar nə qədər haqlı imiş.

 

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbirlər bu il Masallıda daha yaddaqalan və unudulmaz oldu.

 

Ümumi məlumatları sadalamadan öncə xüsusi vurğulamaq istəyirik bu tədbirlər o qədər səmimi və ürək açan idi ki, adam sanki yenidən uşaq olmaq, bu xoşbəxt anları yenidən yaşamaq istəyirdi.

 

Hər uşaq bağçasında saf, dumduru uşaq dünyasının sehrinə düşür, sanki özgə bir aləmin ab-havası ilə nəfəs alırdıq.

 

Hər uşaq bağçasına qədəm qoyanda ilk qarşılaşdığımız şən uşaq mahnıları, onların əl işləri olurdu. 

 

Uşaqların ziyarətçiləri, 4 qrupa ayrılmaqla rayondakı 17 dövlət və 2 özəl Uşaq Bağçası daxil bütün məktəbəqədər müəssisələrin qapısını açdılar. 

 

Qrupların hər birinə rayon icra hakimiyyətinin aparat işçiləri, Masallı Təhsil Sektorunun səlahiyyətli şəxsləri daxil edilmişdi.

 

Bu aksiya nəticəsində rayon üzrə uşaq bağçalarına cəlb olunmuş 1000-dən artıq uşağın hamısı ilə icra başçısı başda olmaqla rayon rəsmilərinin görüşü oldu.

 

İcra başçısı Araz Əhmədovun da daxil edildiyi əsas qrup əvvəlcə Şəhər 2, sonra şəhər 1-4, daha sonra isə “Viləş” və “ŞəkərBala” özəl uşaq bağçalarını, sonda isə 3 saylı şəhər Uşaq Bağçasını ziyarət etdi.

 

Bütün dövlət və özəl uşaq bağçalarına –(cəmi 19) bu məqsədlə xüsusi hazırlanmış tortlar və müxtəlif hədiyyələr təqdim edildi.

 

İcra başçısı Araz müəllim təkcə uşaqlarla görüşmək və hədiyyələr paylamaqla işini bitirmədi. Hər uşaq bağçasının kollektivi ilə görüşüb onların ən kiçik qayğıları ilə maraqlandı və qeyd etdi ki, imkanlar daxilində deyilənlər öz həllini tapacaq. Hər görüşün sonun uşaqlarla və işçi heyəti ilə kollektiv şəkil çəkildi.

 

Bir daha xatırladaq ki, bu gün ki bayram aksiyasını son ayların ən yaxı tədbiri saysaq yanılmarıq.

 

Sonda bu tədbirdən çəkilmiş fotoları və uşaqlar haqqında aforizmləri sizə təqdim edirik..

 

Cenub.az. Zahir Əmənov

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı