Naxçıvana qrant layihələri cəlb ediləcək
Naxçıvan Muxtar Respublikasına texniki yardım və qrant layihələri cəlb ediləcək.
QHT.az “Report”-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda yer alıb.
Sənəddə qeyd olunub ki, bununla bağlı işlər 2023–2027-ci illəri əhatə edəcək.
Bu müddət ərzində müvafiq donor təşkilatlarla danışıqlar aparılması və layihələrin müəyyənləşdirilməsi, texniki yardım və qrant layihələrinin icra edilməsi, beləliklə də beynəlxalq təcrübələrin tətbiqi ilə sosial-iqtisadi sahələrdə inkişafa nail olunması nəzərdə tutulub.