Xəbərlər 01.05.2025 08:47 115

Miqrantlar və məcburi köçkünlər arasında vərəm xidmətlərinə çıxışla bağlı sorğu keçirilib - FOTOLAR

Mingəçevirdə miqrantlar və qaçqınlar arasında vərəm xidmətlərinə çıxışla bağlı sorğu keçirilib.

QHT.az xəbər verir ki, "Sağlamlığa Xidmət" İctimai Birliyi və Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun birgə təşkilatçılığı ilə "Vərəm xidmətlərində çıxışın qiymətləndirilməsi" layihəsi çərçivəsində Mingəçevir şəhərlərində MKİS (Mənzil Kommunal İstismar Sahəsi) binalarında sorğular keçirilib. Sorğuda əsasən miqrantlar, o cümlədən qaçqınlar və məcburi köçkünlər iştirak ediblər. Ümumilikdə 50 nəfər respondent vərəm xidmətlərinə çıxış imkanları, mövcud vəziyyət və ehtiyaclar barədə suallara cavab verib.

"Sağlamlığa Xidmət" İctimai Birliyinin sədr müavini Samirə Muxtarova bildirib ki, bu tipli qiymətləndirmələr əhali qruplarının sağlamlıq xidmətlərinə əlçatanlığının artırılması və mövcud boşluqların aradan qaldırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, layihənin məqsədi həssas əhali qruplarının vərəm xidmətlərindən yararlanma səviyyəsini təhlil etmək və gələcəkdə daha effektiv tədbirlərin hazırlanmasına dəstək verməkdir.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı