Xəbərlər 07.06.2023 13:08 2374

Plastik cərrah əməliyyat etdi, işçisi öldü – Təfərrüat

Xəbər verdiyimi kimi, Bakıda “Medera” Hospitalda plastik əməliyyat etdirən qadın vəfat edib.

 

QHT. az  Axar.az-a istinadən  sözügedən hadisə ilə əlaqədar bir sıra faktlar əldə edib.

 

Bildirilir ki, əməliyyatdan sonra vəfat edən Aygün adlı xanım “Medera” Hospitalda “Resepşn”da işləyirmiş.

 

O, bir neçə gün öncə elə həmin hospitalda çalışan plastik cərrah Günel Bayramlıya bədən şəkilləndimə əməliyyatı etdirib. Əməliyyatdan sonra xanım özünü narahat hiss etdiyini bildirsə də, həkim buna əhəmiyyət verməyib və xanımı evə buraxıb.

 

Evdə halı daha da pisləşən Aygün tromplaşmadan dünyasını dəyişib.

 

Xanım ailəli olub, bir qız övladı var.

 

Sözügedən məsələ ilə bağlı hospitaldan saytımıza bildirilib ki, Günel Bayramlı hazırda işinə davam edir. Digər suallarımızı isə xəstəxana cavabsız qoyub.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı