Xəbərlər 06.05.2025 08:55 80

"97 min mina Ağdamda, 92 min Füzuli və Zəngilanda ..." – Hafiz Səfixanov/ VİDEO

AXC TV-də yayımlanan verilişdə “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov mina problemi ilə bağlı narahatlığını ifadə edib və vəziyyətin ciddiliyinə diqqət çəkib.

QHT.az xəbər verir ki, İctimai Birliyin sədri bildirib ki, mina təhlükəsi təkcə Azərbaycanın təhlükəsizliyi üçün deyil, həm də bölgənin sosial və iqtisadi inkişafı üçün ciddi maneə olaraq qalır:

“Biz istər ölkə daxilində, istərsə də ölkədən kənarda fəaliyyət göstərən hökumət, QHT və beynəlxalq təşkilatlarla təmaslarımız zamanı xəritə və mina məsələsini daim diqqətdə saxlayırıq.”

H.Səfixanovun sözlərinə görə, beynəlxalq təşkilatların iştirakı və təzyiqləri nəticəsində Ermənistan tərəfindən minalanmış ərazilərlə bağlı üç hissəli mina xəritələri təqdim olunub:

  • Birinci partiyada Ağdam rayonuna aid xəritələr təqdim olunub və 97 min mina olduğu qeyd edilib.

  • İkinci partiyada Füzuli və Zəngilan rayonlarını əhatə edən xəritələrdə isə 92 min mina rəqəmi yer alıb.

  • Üçüncü partiyada isə konkret bölgələr göstərilmədən təqdim olunan sənədlər Kəlbəcər və Murov istiqamətini əhatə edir. Burada təxminən 900-ə yaxın formulyar Azərbaycan tərəfinə təqdim olunub.

Ekspert əlavə edib ki, təqdim olunan xəritələrin bəziləri qeyri-dəqiq və natamamdır, bu da minatəmizləmə prosesini çətinləşdirir və insan həyatını təhlükə altında qoyur.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı