Xəbərlər 08.06.2023 10:23 1443

Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yanğın baş verib

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb edilib.

 

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində doqquz mərtəbəli binanın 6-cı mərtəbəsinin pilləkan qəfəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Yanğın nəticəsində pilləkan qəfəsində 3m² sahədə məişət tullantıları yanıb. Yanğın zamanı 6 nəfər bina sakini FHN-in qüvvələri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

 

Bina və mənzillər yanğından mühafizə olunub.

 

 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı