Xəbərlər 08.06.2023 23:30 1487

Eskalator əks istiqamətdə hərəkət etdi: 14 yaralı var-ÖZƏL

Cənubi Koreyanın Seonqnam şəhərindəki Sunae metro stansiyasında metro stansiyasında eskalatorun xarab olması və qəfil tərs istiqamətə hərəkət etməsi nəticəsində müvazinətini itirərək yıxılan 14 nəfər yaralanıb.

QHT.az xəbər verir ki, istiqamətini qəfil dəyişən pilləkənlərdə olan sərnişinlər müvazinətini itirərək pilləkənlərdən yıxılıblar.

Həmin anlar stansiyanın təhlükəsizlik kamerasına əks olunarkən 14 nəfərin yaralandığı açıqlanıb.

Kürək və ayaq nahiyəsindən xəsarətlərlə xəstəxanaya çatdırılan 3 nəfər müalicədən sonra evə buraxılıb.

Heç kimin həyatına təhlükə olmadığı bildirilib. Xarab olan eskalator ilə bağlı araşdırmalara başlanılıb.

 

Pərvanə Fərhadqızı

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı