Xəbərlər 01.05.2025 09:30 117

Dünyanın ən yaşlı qadını vəfat etdi: onun neçə yaşı var idi?

İndi super əsrlik titulu İngiltərənin Surrey qraflığında yaşayan Ethel Caterham-a keçib.

QHT.az xəbər verir ki, Braziliyalı rahibə İna Canabarro Lukas 116 yaş 326 günlük yaşında vəfat edib. Bu barədə Braziliyanın Teresian Sisters dini təşkilatı məlumat yayıb və onun fədakarlığını qeyd edərək Tanrıdan rəhmət diləyib. İna Lukas yanvar ayında 116 yaşlı yapon qadın Tomiko İtukanın vəfatından sonra dünyanın ən yaşlı insanı olmuşdu. İndi bu titul İngiltərədə yaşayan 114 yaşlı Ethel Caterham-a keçib.

1908-ci ildə doğulan İna məşhur general David Canabarronun nəvəsi idi. O, 16 yaşında dini həyata başlamış, sonradan müəllim kimi fəaliyyət göstərmişdi. 110 illik yubileyində Papa Fransisk tərəfindən xeyir-dua almışdı.

 

R.İmanov


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı