Xəbərlər 21.09.2023 08:36 1444

QHT sədri: “Regionun inkişafı separatizmin kökünün birdəfəlik kəsilməsindən asılıdır”

“Ordumuzun Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror əməliyyatı zəruri və ədalətlidir. Ermənilərin separatizm xəstəliyi artıq metastaz vermişdi. Bəzi qara qüvvələrin dəstəyindən ruhlanan Xankəndində və ətraf qəsəbələrdə mövcud olan qanunsuz erməni silahlı dəstələri regionda sabitliyə ciddi təhlükə idi. Həmin silahlıların dinc yolla zərərsizləşdirilməsi, bölgədə sabitliyin təmin edilməsi məqsədilə aparılan danışıqlar hər dəfə nəticəsiz qalırdı”.

QHT.az xəbər verir ki, bu sözləri Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli deyib. QHT sədri bildirib ki, BMT Nizamnaməsində və beynəlxalq hüquqda təsbit edilmiş bütün qanuni vasitələrlə ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi istiqamətində addımlar atılmalı idi. Bu gün həmin addımlar atılaraq lokal xarakterli antiterror əməliyyatı başlanıldı. Erməni silahlıları yalnız region üçün deyil, həmçinin Azərbaycan vətəndaşları olan dinc ermənilər özü üçün də ciddi təhlükə mənbəyidir. Regionun gələcəyi, inkişafı separatizmin kökünün birdəfəlik kəsilməsindən asılıdır”.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı