Xəbərlər 29.04.2025 13:35 176

QHT sədri: "Azərbaycan, qlobal Cənubun əhəmiyyətli tərəfdaşı və humanitar yardım lideridir'"

Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova QHT.az-a açıqlama verərək Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının təsis konfransının dünya əhəmiyyəti daşıdığını vurğulayıb.

Onun sözlərinə görə, tədbirə 116 ölkədən nüfuzlu QHT rəhbərləri və vətəndaş cəmiyyəti təmsilçiləri qatılıb, bu, Asiya, Afrika, Latın Amerikası və Okeaniya bölgələrini əhatə edən, dünya əhalisinin təxminən 80%-ni təşkil edən bir platformadır. Elnurə Abuşova qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təsis konfransına ünvanladığı müraciətdə, ölkənin qlobal səviyyədə də lider mövqeyini möhkəmləndirdiyini və inkişaf etməkdə olan ölkələrin maraqlarını müdafiə etdiyini vurğulayıb:

"Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə Azərbaycan bu təşkilatın rəhbəri kimi 120-dən çox ölkəni birləşdirərək, Qlobal Cənubun məsələlərini irəli sürmüş və onların beynəlxalq səhnədə səsini daha güclü etmək üçün əhəmiyyətli təşəbbüslər irəli sürmüşdür. Platformanın mühüm məqsədi, Qlobal Cənub və Qlobal Şimal arasındakı iqtisadi və siyasi qeyri-bərabərliyi aradan qaldırmaq və bu iki qütb arasında körpü rolunu öz üzərinə götürməkdir. Azərbaycan, bu missiyanı öz üzərinə götürərək, həm də neokolonializmə qarşı mübarizəni gücləndirməyə davam edir. Prezidentin müraciətində Azərbaycan tərəfindən göstərilən humanitar yardımların da böyük əhəmiyyət kəsb etdiyi qeyd edilib, xüsusilə COVID-19 pandemiyası dövründə 80-dən çox ölkəyə yardımlar göndərilib".

QHT sədri həmçinin bildirib ki, tədbirdə həmçinin, 70 il əvvəl İndoneziyada qəbul edilmiş "Bandunq prinsipləri"nin əhəmiyyəti vurğulanıb. Bu prinsiplər, dövlətlərin daxili işlərinə qarışmama, ölkələrin suverenliyinə hörmət, və bərabərhüquqlu bir dünya nizamının yaradılmasını təşviq edir.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı