Nigeriyada universitetə silahlı hücum, 35 nəfər qaçırılıb
Nigeriyanın Zamfara əyalətində silahlı qrup universitetə hücum edərək 35 nəfəri qaçırıb.
QHT.az xəbər verir ki, Zamfara əyalət qubernatorluğunun sözçüsü Mugira Yusuf bildirib ki, hücumda 24-ü tələbə olmaqla 35 nəfərin qaçırıldığını qeyd edib.
Qeyd edək ki, Zamfara əyaləti 5 ildir silahlı dəstələrin hücumları ilə üzləşir. Adam oğurluğuna görə cəza ölüm olsa da, ölkədə fidyə müqabilində adam oğurluğu adi haldır.
Pərvanə Fərhadqızı