Xəbərlər 26.09.2023 12:16 1267

Meksikanın Azərbaycandakı səfiri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Sabirabadda məktəbdə 12 nəfər qidadan zəhərlənib.

 

Bu barədə Axar.az-a Sabirabad Rayon Prokurorluğundan məlumat verilib.

 

Sentyabrın 25-də Sabirabad rayonu Axtaçı Muğan kənd orta məktəbində 11 nəfər şagird və 1 nəfər müəllim olmaqla, cəmi 12 nəfər şəxsin qida zəhərlənməsi diaqnozu ilə rayon mərkəzi xəstəxanasına müraciət etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

İlkin araşdırma zamanı həmin şəxslərin məktəbdə şagirdlərdən birinin ad günü mərasimində qəbul etdikləri qidalardan zəhərlənmələri müəyyən edilib.

 

Hazırda vəziyyəti qənaətbəxş olan 12 nəfər şəxs tibbi yardım göstərildikdən sonra xəstəxanadan evə buraxılıb.

 

Faktla bağlı Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı