Vəfat etmiş şəxsin pensiya kapitalı kimlərə şamil olunur? AÇIQLAMA
Deputat Vüqar Bayramov bildirib ki, pensiya kapitalından istifadə məsələsi hazırda ən çox müzakirə olunan mövzulardandır.
QHT.az xəbər verir ki, deputatın sözlərinə görə, Azərbaycanda vəfat etmiş şəxsin pensiya kapitalından bəzi hallarda ailə üzvlərinin yararlanması qanunvericiliklə nəzərdə tutulub:
"Əmək pensiyaları” haqqında Qanuna əsasən, vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir."
Pərvanə Fərhadqızı