Xəbərlər 26.09.2023 16:56 2870

Vətəndaş cəmiyyəti təşkilatları və hüquqşünasların nəzərinə!

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı 6 oktyabr tarixində "BMT-nin uşaq hüquqlarının müdafiəsinə dair insan hüquqları alətləri və mexanizmləri" mövzusunda birgünlük təlim təşkil edəcək.

QHT.az xəbər verir ki, təlimi Komissarlıq Avropa İttifaqının maliyyə dəstəyilə “Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” layihəsi çərçivəsində təşkil edir. Yerli mütəxəssislərin iştirakı ilə Bakı şəhərində keçiriləcək təlimə qoşulmaq üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz.

Qeydiyyat üçün link: https://bit.ly/46rMWJc

Müraciət üçün son tarix: 1 oktyabr 2023

Qeydiyyat zamanı tələb olunan məlumatlar tam doldurulmalıdır.

İştiraka dəvət və daha ətraflı məlumat qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.

Təlimlər ərzində iştirakçılara BMT İHAK-nın Azərbaycan dilində çap etdiyi yeni nəşrlər, təlim materialları və sertifikat təqdim ediləcək.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı