Xəbərlər 02.10.2023 12:29 1384

Bolqarıstanda Rusiya avtomobillərinin ölkəyə girişinə QADAĞA

Kütləvi anti-Rusiya sanksiyaları fonunda Bolqarıstan Rusiya avtomobillərinin ölkəyə girişini qadağan edəcək.

QHT.az xəbər verir ki, bunu ölkənin sərhəd polisinin rəhbəri Anton Zlatanov qadağanın bu gün qüvvəyə minəcəyini qeyd edib: “Günün sonuna qədər Bolqarıstanda Rusiya minik avtomobillərinin ölkəmizə girişinə qadağa tətbiq edilməyə başlayacaq. Bu il bizdə rekord miqrasiya təzyiqi var. Keçən illə müqayisədə ilk 9 ayda 50 % artım var. Bu, çox böyük insan sayıdır. Sentyabrın 17-dən etibarən, mənşəyi Rusiyada olan və ya Rusiyadan ixrac edilən nəqliyyat vasitələrinin Avropa İttifaqına alınması, idxalı və ya köçürülməsi qadağandır”.

5 sentyabr 2023-cü ildə Almaniyada Rusiya vətəndaşlarından avtomobillərin müsadirə edildiyi məlum oldu. Litva da Rusiya nömrəli avtomobilləri müsadirə edəcək. Litva gömrük orqanları təcavüzkarın ərazisində qeydiyyatda olan avtomobilləri Rusiya vətəndaşlarından müsadirə edəcək. Tezliklə Latviya da eyni bəyanatla çıxış edib.

Latviya və Litvanın ardınca Estoniya da Rusiya qeydiyyatı olan avtomobillərin ölkəyə girişinə qadağa qoyub. Estoniya Vergi və Gömrük Departamentinin nümayəndəsi Ants Kuttinin sözlərinə görə, qadağa yalnız doqquz sərnişin tutumuna malik Rusiya nömrəli minik avtomobillərinə şamil ediləcək.

Rusiyada qeydiyyatda olan avtomobillər Polşaya da buraxılmır. Rusiya Federasiyası ilə quru sərhədi olan sonuncu Şengen ölkəsi rus avtomobillərinin girişini məhdudlaşdıracaq. Norveç artıq Rusiya dövlət nömrə nişanlı avtomobillərin idxalına qadağa qoyub.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı