Xəbərlər 04.10.2023 01:11 1671

300-dən çox adamın böyrəyini alıb varlılara satdılar

Pakistanda orqan transplantasiyasına ehtiyacı olan varlı insanlar üçün yüzlərlə xəstənin böyrəklərini cərrahi yolla oğurlayan orqan ticarəti şəbəkəsində 8 nəfər tutulub. 

QHT.az xəbər verir ki, Pəncabın baş naziri Muhsin Naqvi, "Bunlar bizim təsdiq edə biləcəyimiz şeylərdir. Bundan daha çox transplantasiya və qeyri-qanuni əməliyyatlar var" dedi. 

Pakistan polisi ötən gün orqan alveri ilə məşğul olan dəstəyə aid 8 nəfərin həbs edildiyini açıqlayıb. Hadisə dəstənin əlinə keçən və xüsusi müalicə gördüyünə inanan xəstənin keçirdiyi ağrıdan həkimə getməsi və böyrəyinin olmadığını öyrənməsi ilə başlayıb. Dəstənin rəhbəri olduğu iddia edilən Fəvad Muxtar 300-dən çox insanın böyrəyini varlı müştərilərə satmaqda ittiham olunur. Səlahiyyətlilər orqanları bu şəkildə çıxarılan ən azı 3 nəfərin öldüyünü açıqlayıb. Dəstənin Pəncab əyalətində, eləcə də Hindistanla həmsərhəd olan Pakistanın idarə etdiyi Kəşmirdə fəaliyyət göstərdiyi güman edilir. Orqan nəqlinin xüsusi evlərdə və çox vaxt xəstənin xəbəri olmadan həyata keçirildiyini vurğulayaraq. Bundan daha çox transplantasiya və qeyri-qanuni əməliyyatlar var.

Baş nazir Nakvi böyrəyinin hər birinin 34 min dollara satıldığını bildirərkən, Muxtarın daha əvvəl 5 dəfə saxlanıldığını, lakin hər dəfə sərbəst buraxıldığını və əməliyyatlarını davam etdirdiyini bildirib.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı