Xəbərlər 25.04.2025 11:04 216

110-dan çox ölkədən QHT-lər Bakıya toplaşır

Aprelin 28-29-da Bakıda Qlobal Cənub QHT Platformasının təsis konfransı keçiriləcək.

QHT.az xəbər verir ki, dünyanın 110-dan çox ölkəsindən aparıcı QHT-lərin nümayəndələrinin qatılacağı bu tədbir Azərbaycan vətəndaş cəmiyyətinin təşəbbüsü ilə reallaşır. Azərbaycan Milli QHT Forumunun sədri Ramil İskəndərlinin sözlərinə görə, bu təşəbbüs ilk dəfə 2024-cü ildə COP29 çərçivəsində irəli sürülüb və 1000-dən çox xarici QHT tərəfindən dəstəklənib. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, bu platforma Azərbaycanın COP29-dakı uğurlu təşəbbüslərinin davamıdır və ölkəmizə Qlobal Cənubun güclü rəğbətini qazandırıb.

Tədbirdə “Bandunq prinsipləri”nin əhəmiyyətinə xüsusi yer veriləcək, həmrəylik və ədalətli dünya nizamı naminə QHT-lərin rolu müzakirə olunacaq.

Bakı bu dəfə də Qlobal Cənubla həmrəyliyin və vətəndaş cəmiyyəti diplomatiyasının mərkəzinə çevrilir.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı