Xəbərlər 05.12.2023 10:57 16860

Mikayıl Cabbarov Könüllülər günü münasibətilə paylaşım edib

“Vahid amal ətrafında birləşərək ictimaiyyətə fayda vermək könüllülük prinsipinin ən yüksək dəyərlərindəndir”.

 

QHT. az bildirir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” hesabında qeyd edib.

 

O bildirib ki, bu gün Beynəlxalq Könüllülər Günü bu fəaliyyətin əhəmiyyətini bir daha vurğulamaq üçün fürsətdir.

 

“Azərbaycanda xeyirxahlıq ənənələrini davam etdirən könüllülük təşəbbüsünün genişlənməsi həm də milli-mənəvi dəyərlərə bağlılığın örnəyidir. Könüllülər İqtisadiyyat Nazirliyində də fəal əməkdaşlığa cəlb ediliblər. Öz əməyini fədakarlıqla paylaşaraq cəmiyyətə töhfə verən bütün könüllülərə təşəkkür edir və işlərində uğurlar diləyirik”.

 

 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı