Xəbərlər 08.12.2023 10:22 1869

Türkiyə pilotsuz təyyarədən atılan səsdən sürətli raketi uğurla sınaqdan keçirib

Türkiyənin “Baykar” müdafiə şirkəti pilotsuz uçuş aparatından atılan səsdən sürətli İHA-122 raketini ilk dəfə uğurla sınaqdan keçirib.

QHT.az xəbər verir ki, İHA-122 səsdən sürətli raket ilk sınaq atışı zamanı hədəfi dəqiqliklə vurub. Raketi hazırlayan Roketsan şirkəti bildirib ki, raket buraxılış nöqtəsindən 55 km məsafədəki hədəfi vurub. 30 km-ə qədər təsirli uçuş məsafəsinə malik TRLG-122 lazerlə idarə olunan səsdən sürətli yer-yer ballistik raketinin modifikasiyasıdır. Məhvetmə radiusu təxminən 40 m olan 13,4 kq ağırlığında döyüş başlığı ilə təchiz olunub. Yeni modifikasiya PUA-lar üçün xüsusi olaraq yaradılmışdır ki, bu da hava hücumundan müdafiə sistemlərini daha effektiv dəf etməyə imkan verir və məhvetmə məsafəsini artırır.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı