Müharibə əlilləri və şəhid ailələrinin maarifləndirilməsi layihəsi davam edir
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi (BƏC İB) "Müharibə əlilləri və şəhid ailələri ilə iş" adlı layihə icra edir.
QHT.az xəbər verir ki, üç ay davam edəcək layihə zamanı şəhid ailələri, müharibə veteranları və əlilləri, bütün kateqoriyadan olan əliliyi olan insanların, eləcə də digər imtiyazlı şəxslərin maarifləndirilməsi məqsədi ilə “Biz sizinləyik” adlı televiziya verilişləri təşkil ediləcək. Artıq çəkilişlər başlayıb. Birinci verilişin çəkilişində layihə rəhbəri Tahir Xudiyev, BƏC İB-in İdarə Heyəti üzvü, AzTV-nin Böyük redaktoru Zərnişan Turan, Bakı Dövlət Universitetinin professoru Allahverdi Məmmədli, BƏC İB İdarə Heyəti üzvü Məlahət Abdullayeva iştirak etmiş, ictimai birliyin fəaliyyəti və layihə barədə ətraflı məlumat vermişlər. Çəkilişi aparılmış “Biz sizinləyik” adlı bu veriliş iyun ayının 21-də “Dünya” TV-də yayımlanacaq.
Tahir Xudiyev layihənin icrası zamanı Yardımlı rayonunun Perimbel kəndində şəhid ailələri, qazilər, bütün kateqoriyadan olan əlilliyi olan insanlar və digər imtiyazlı şəxslərlə görüşün keçiriləcəyini, onların problemlərinin öyrənilərək həllinə köməklik göstəriləcəyini də bildirdi.
Layihə uğurla davam edir.