Xəbərlər 04.07.2024 17:39 2160

Şəhidimiz Tural Qubatovun doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Tural Qubatov 4 iyul 1998-ci ildə Füzuli rayonu Böyük Bəhmənli kəndində anadan olub.

QHT.az xəbər verir ki, orta təhsili bitirdikdən sonra 2016-2018-ci illərdə müddətli hərbi xidmətə başlayıb. Daha sonra ordu sıralarında qalaraq Həmlə taborunda fəaliyyətinə davam edib. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzuli və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 28 sentyabr tarixində Cəbrayıl istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Tural Qubatov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı