Xəbərlər 04.07.2025 10:47 36

Şəhidimiz mayor İqbal Bayramovun doğum günüdür!

Azərbaycan Silahlı Qüvvələrinin mayoru olan İqbal Bayramov 1977-ci il iyulun 4-də Lənkəran şəhərinin Hirkan qəsəbəsində anadan olub.

QHT.az xəbər verir ki, o, 1994-1998-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) "Energetika" ixtisası üzrə ali təhsil alıb. 1998-ci ildən orduda xidmətə başlayıb və 2018-ci il yanvarın 14-də "mayor" hərbi rütbəsi ilə ehtiyata buraxılıb. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 5-də döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

İqbal Bayramov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda","İgidliyə görə", "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı