Xəbərlər 02.07.2025 17:29 43

Şəhidimiz Tural Eyyubovun doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin leytenantı olan Tural Eyyubov 1992-ci il iyulun 2-də Kürdəmir rayonunun Mollakənd kəndində anadan olub.

QHT.az xəbər verir ki, o, 2009-2013-cü illərdə Bakı Dövlət Universitetində (BDU) "Tətbiqi-riyaziyyat" üzrə ali təhsil alıb. 2013-2014-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olub, 2014-cü ildən etibarən isə müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarında xidmət etməyə başlayıb. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və 25 oktyabr tarixində Füzuli istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Tural Eyyubov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı