Ramilə Rasimqızı: "QHT.az ixtisaslaşdırılmış onlayn media subyekti kimi tanınıb"
“İnklüziv Cəmiyyət Naminə” Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyinin sədri Ramilə Rasimqızı:
"Hörmətli Cəsarət müəllim, səmərəli fəaliyyəti ilə ictimaiyyət arasında böyük nüfuz qazanmış və Sizin rəhbərliyinizlə yeni uğurlara imza atmaqda davam edən QHT.az saytının təsis olunmasının 9 ili artıq geridə qaldı.
Təqdirəlayiq haldır ki, qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) ilə fəal əməkdaşlıq edən bu sayt ötən illər ərzində vətəndaş cəmiyyəti institutları tərəfindən görülən çoxşaxəli işlər barədə informasiyaları mütəmadi olaraq işıqlandıran ixtisaslaşdırılmış onlayn media subyekti kimi tanınıb. Məhz elə buna görə də saytın QHT sektoru ilə birgə həyata keçirdiyi maarifçilik təşəbbüsləri hər zaman dərin rəğbət hissi ilə qarşılanıb və yüksək qiymətləndirilib.
Biz də öz növbəmizdə "İnklüziv Cəmiyyət Naminə" İctimai Birliyi olaraq QHT.az saytının rəhbərliyini və yaradıcı heyətini əlamətdar hadisə münasibətlə səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətinizdə yeni nailiyyətlər arzulayırıq!"