Xəbərlər 01.07.2025 18:04 126

Göyçay və Hacıqabul rayonlarında yeni mediasiya təşkilatları fəaliyyətə başlayır

Hacıqabul 1 saylı mediasiya təşkilatının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə tənzimlənən tələblərə uyğunluqları müəyyən edilmiş, Mediasiya Şurası İdarə Heyətinin 30 iyun 2025-ci il tarixli qərarı ilə Hacıqabul 1 saylı mediasiya təşkilatı Şuranın üzvlüyünə qəbul edilərək təşkilat barədə məlumatlar mediasiya təşkilatları reyestrinə daxil edilmişdir.

Qeyd edək ki, 1 iyul 2025-ci il tarixindən etibarən Hacıqabul və Kürdəmir rayonu üzrə vətəndaşlar Hacıqabul 1 saylı mediasiya təşkilatına müraciət edə bilərlər.

Hacıqabul 1 saylı mediasiya təşkilatının məlumatları:

  • Ünvan: Hacıqabul şəhəri, H. Həmidov küçəsi 87
  • Email: [email protected]
  • Telefon: +994 (55) 440 24 24

Həmçinin Göyçay 1 saylı mediasiya təşkilatının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə tənzimlənən tələblərə uyğunluqları müəyyən edilmiş, Mediasiya Şurası İdarə Heyətinin 30 iyun 2025-ci il tarixli qərarı ilə Göyçay 1 saylı mediasiya təşkilatı Şuranın üzvlüyünə qəbul edilərək təşkilat barədə məlumatlar mediasiya təşkilatları reyestrinə daxil edilmişdir.

Qeyd edək ki, 1 iyul 2025-ci il tarixindən etibarən Göyçay və Ucar rayonu üzrə vətəndaşlar Göyçay 1 saylı mediasiya təşkilatına müraciət edə bilərlər.

Göyçay 1 saylı mediasiya təşkilatının məlumatları:

  • Ünvan: Göyçay şəhəri, Rauf İsayev küçəsi, 41d
  • Email: [email protected]
  • Telefon: +994 (50) 470 90 73

Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı