Xəbərlər 04.07.2025 13:31 117

Ağdaş 2 saylı mediasiya təşkilatı fəaliyyətə başlayır

Ağdaş 2 saylı mediasiya təşkilatının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə tənzimlənən tələblərə uyğunluqları müəyyən edilmiş, Mediasiya Şurası İdarə Heyətinin 4 iyul 2025-ci il tarixli qərarı ilə Ağdaş 2 saylı mediasiya təşkilatı Şuranın üzvlüyünə qəbul edilərək təşkilat barədə məlumatlar mediasiya təşkilatları reyestrinə daxil edilmişdir.

QHT.az xəbər verir ki, qeyd edək ki, 7 iyul 2025-ci il tarixindən etibarən Ağdaş və Ucar rayonu üzrə vətəndaşlar Ağdaş 2 saylı mediasiya təşkilatına müraciət edə bilərlər.

Ağdaş 2 saylı mediasiya təşkilatının məlumatları:

  •  Ünvan: Ağdaş rayonu, Heydər Əliyev Mərkəzi 2-ci mərtəbə
  •  Email: [email protected]
  •  Telefon: +994 (55) 716 08 15

Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı