Xəbərlər 18.07.2024 14:38 25833

Müşfiq Ələsgərli: "Tematik media subyektləri içində QHT.az saytının fəaliyyəti xüsusi diqqət çəkir"

Mətbuat Şurası İdarə Heyətinin üzvü  Media eksperti Müşfiq Ələsgərli:

"Ölkədə media subyektlərinin böyük qismi məzmun baxımından ictimai-siyasi yönümlüdür. Mövzu və auditoriya ümumiliyi,  təqdimatda təkrarçılıq qabarıq şəkildə görünür. Bu kateqoriyadan olan  KİV-lərin fəaliyyətində 3 təməl prinsipdən biri-maarifləndirmə missiyası minimal həddədir. Qeyd edilən sindromun qırılması baxımından tematik KİV-lər ciddi əhəmiyyət daşıyırlar. Onlar aid olduqları sahə üzrə  maarifləndirici fəaliyyət həyata keçirirlər. Tematik media subyektləri içində QHT.az saytının fəaliyyəti xüsusi diqqət çəkir.  O, qısa müddətli  fəaliyyəti dövründə-cəmi 9 il ərzində nəinki formalaşıb, strukturlaşıb və tanınıb, həm də institutlaşa bilib. QHT.az saytı bu gün Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatrları  barədə peşəkar xəbər yayıcısı rolunda çıxış edən az saylı media subyektlərindən biridir.  Fəaliyyətində məlumatlandırma və maarifləndirmə xətti çox açıq şəkildə görünür.

Redaksiyasının kollektivinə və rəhbərliyinə uğurlar arzulayıram və fəaliyyətlərinin davamlı olmasını diləyirəm".


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı