Xəbərlər 18.07.2024 19:13 2110

WhatsApp tərcümə funksiyasını test edir

WhatsApp, Android qurğular üçün ən son yeniləməsində tərcümə funksiyasını sınaqdan keçirir. Bu yeni xüsusiyyət, istifadəçilərə seçilmiş mesajların tərcüməsini və ya bütün yeni mesajların seçilmiş dildə avtomatik tərcüməsini təmin edir. Tərcümə funksiyasından istifadə etmək üçün müvafiq dil paketinin yüklənməsi və seçilməsi tələb olunur. Tərcümə prosesləri cihazda həyata keçirilir və şəxsi məlumatların tərcümə edilməsi zamanı gizlilik qorunur.

QHT.az xəbər verir ki, hazırda bu funksiyanı dəstəkləyən dillər bunlardır: ingilis, ərəb, ispan, portuqal, rus və ingilis. Yeni xüsusiyyət, fərqli dillərdə danışan insanlarla tez-tez ünsiyyətdə olan istifadəçilər üçün xüsusilə faydalı ola bilər. Bu yeni funksiyanı test etmək üçün istifadəçilər Google Play-dən WhatsApp müştəri proqramının 2.24.15.12 versiyasını yükləməlidirlər. Tərcümə funksiyasının reliz versiyasında nə vaxt görünəcəyi hələlik məlum deyil.

WhatsApp dünyanın ən məşhur mesajlaşma proqramlarından biridir və iki milyarddan çox istifadəçisi var.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı