Xəbərlər 01.05.2025 15:15 121

Sahib Məmmədov BMT İnsan Hüquqları Şurasının 49-cu sessiyasında iştirak edir

Sahib Məmmədov BMT İnsan Hüquqları Şurasının Universal Dövrü İcmal üzrə İşçi Qrupun 49-cu sessiyasında iştirak edir.

QHT.az xəbər verir ki, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov İsveçrənin Cenevrə şəhərində keçirilən BMT İnsan Hüquqları Şurasının Universal Dövrü İcmal üzrə İşçi Qrupun 49-cu sessiyasında iştirak edir. İşçi Qrupun sessiyası  2025-ci il 30 aprel aprel tarixində başlamış və 9 may tarixinə qədər davam edəcəkdir.

Ermənistan sessiyada özünün 4-cü tskl hesabatını təqdim edib və sessiya zamanı Ermənistan nümayəndə heyəti hesabat verəcəkdir. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası və İnsan Hüquqları üzrə Təlim və Tədqiqat İctimai Birliyindən ibarət QHT koalisiyası Ermənistanın 4-cü tskl hesabatı ilə bağlı öz hesabatını (submission) təqdim edib. Hesabat prosedurlara uyğun olaraq 2024-cü ilin oktyabr ayında təqdim edilib. Koalsiya tərəfindən hazırlanan birgə məlumat (joint submission) Ermənistanın  3-cü tskl milli məruzəsi ilə bağlı interaktiv dialoq zamanı verilən və Ermənistan tərəfindən baxılan və qəbul olunan tövsiyələri (Ayrı-seçkilik, işgəncə, uşaq hüquqları və s.) əhatə edir. Bundan əlavə Ermənistan tərəfindən başqa xalqların mədəni irsinin məhv edilməsi, Azərbaycana məxsus muzey sərvvətlərinin talan edilməsi və geri qaytarılmaması məsələləri də əhatə olunub.

Hesabat aşağıdakı fəsillərdən ibarətdir:

  • İcmal;
  •  Ermənistan BMT-nin İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğvi haqqında Konvensiyanı pozur;
  • Ermənistan BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzaya qarşı Konvensiyasını bə 3-cü Cenevrə Konvensiyasının tələblərini pozur;
  • 2023-cü ildə dumanlı havada azan Azərbaycan hərbiçiləri ilə davranış;
  • Ermənistan uşaq hüquqları üzrə beynəlxalq öhdəliklərini yerinə yetirmir
  • - Girov uşaqların taleyi haqqında;
  • -Ermənistanda uşaqlar hərbi münaqişələrə cəlb edilir;
  • Tövsiyələr.

BMT İnsan Hüquqları üzrə Ali Komissarlığının İşçi Qrpun sessiyası üçün hazırladığı “Maraqlı tərəflərin Ermənistanla bağlı təqdimatlarının xülasəsi”nin  16-ci bəndi Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə İnsan Hüquqları üzrə Təlim və Tədqiqat İctimai Birliyinin birgə hesabatına həsr etmişdir. Həmin hissədə göstərilir ki, “16. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə İnsan Hüquqları üzrə Təlim və Tədqiqat İctimai Birliyinin birgə hesabatına  Ermənistanın həyata keçirdiyi irqçi siyasətdən və fəaliyyətdən, o cümlədən Azərbaycan xalqına məxsus mədəni irsin  məhv edilməsindən narahatlıq idadə edir. Rəsmi mediada, dərsliklərdə, digər nəşrlərdə Azərbaycan xalqına qarşı nifrət, alcaldığı ifadələrinin işlədilməsin, xüsusən dərsliklərdə irqçi məzmundan geniş istifadə edilməsini bilidirirlər. Hesabatda Azərbaycan xalıqnı hədfə alan irqçi siyasətə son qoyulması üçün  BMT-nin İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğvi haqqında Konvensiyanın tələblərinə əməl etmək, dərsliklərə yenidən baxmaq və mediada nifrət dilinin aradan qaldırlması üçün tədbirlərin görülməsi tövsiyə edilir”. BMT İnsan Hüquqları Üzrə Ali Komissarlığın hazırladığı sənədlə bu linkdə tanış olmaq olar https://docs.un.org/en/A/HRC/WG.6/49/ARM/3   (16-cı bəndə, istinad 29,30). Ali Komissarlığın Azərbaycan QHT-lərinin birgə hesabatına istinadlar ciddi naliyyətdir. İşçi qrupun hazırlayacaqğı tövsiyələrdə də bunlar əks olunacaqdır.

Hesabat qəbul olunduqdan sonra Ermənistan növbəti tskl dövründə (4,5 il ərzində) verilən tövsiyələri icra etməli və iradlarla bağlı tədbirlər görməlidir. Ermənistan bir qayda olaraq verilən tövsiyələrə etinasızlıq göstərir. Azərbaycan dövləti adından verilən tövsiyə və iradları qəbul etmir. Azərbaycan da analoji olaraq öz hesabatını verərkən Ermənistanın saxta ittihamlarını rədd edir və tövsiyələrini qəbul etmir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı