Xəbərlər 19.07.2024 09:41 3419

Bu gün qəhrəman şəhidimiz Cəbrayıl Qasımovun anım günüdür

Azərbaycan Ordusunun əsgəri olan Cəbrayıl Qasımov 1996-cı il iyulun 19-da Masallı rayonunun Ərəb kəndində anadan olub.

QHT.az xəbər verir ki, Cəbrayıl Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 8-də həmin istiqamətdə gedən döyüşlər zamanı şəhid olub.

Azərbaycanın ərazilərinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Cəbrayıl Qasımov ölümündən sonra "Vətən uğrunda" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı