Xəbərlər 04.07.2025 11:00 125

QHT Milli Mətbuatın 150 illiyinə həsr olunmuş film-konserti tamamladı - FOTOLAR

Təsis edildiyi gündən Azərbaycançılıq məfkurəsinə xidmət edən “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bəhram Nəsibov əsərlərdə” adlı layihə çərçivəsində film-konsertin çəkiliş və montaj prosesini başa çatdırıb.

QHT.az xəbər verir ki, bu barədə “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin sədri Adil Nəsibov QHT.az-a məlumat verib. Onun sözlərinə görə, nəticə gözlədiklərindən də uğurlu alındı:

"Montaj prosesinin tamamlanmasından və filmə baxışdan sonra inamla deyə bilərəm ki, "Bəhram Nəsibov əsərlərdə" film-konsert layihəsi Milli Mətbuatımızın 150 illiyinə töhfələrdəndir. Bir neçə mövzunun vəhdəti film-konsertdə uğurlu həllini tapıb. Film konsertdə Milli Mətbuatımızın yaranması, keçdiyi şərəfli yol, yetirdiyi şəxsiyyətlər, Ulu öndərin Sovet dönəmində də, müstəqillik illərində də Milli Mətbuata dəstəyi və bu dəstəyin bu gün də davam etirilməsindən söz açılır. Bununla yanaşı ekologiya, yaşıllaşdırma və alternativ enerji mənbələri sahəsindəki inkişaf yolundan söz açılır. Həm Milli Mətbuat, həm də ekologiya musiqinin harmoniyasında audiovizual həll edilib. Film-konsetdə ölkə başçısı cənab İlham Əliyevin mətbuat, ekologiya və alternativ enerji sahəsində, həmçinin işğaldan azad edilən Qarabağımızın çiçəklənməsindəki rolu da əksini tapıb. Bəstəkar, şair, ifaçı Bəhram Nəsibovun Azərbaycançılıq məfkurəsini vəsf edən mahnıları və şeirləri, Ulu öndərin qayıdışını və qurucusu olduğu, Azərbaycanın inkişafında müstəsna rolu olan Yeni Azərbaycan Partiyasını vəsf edən şeirləriylə tanış oluruq. Film-konsertdə Qarabağın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermis şəhidlərimiz də yad edilir. Film-konsertdə musiqinin müşayiəti, müsahiblərin şərhiylə mətbuat, ekologiya və alternativ enerji sahəsi sanki mistik bağla bir-birinə bağlanıb. COP29 tədbiri də film konsertdə işıqlanıb. Film boyu jurnalist qızın qeydlərini aparıb, fotoqrafın hadisələri fotonun yaddaşına köçürməsi prosesini oxucu iştirakçı kimi görür, həm də məlumatlarla qəzet vasitəsi ilə tanış olur. Bu  qeyri-adi yanaşmada sanki tamaşaçı kimi bizlər də oxucu ilə birlikdə hadisələrin əyani iştirakçılarına çevrilmiş oluruq".

Adil Nəsibov həmçinin bildirib ki, film-konsetdə “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov Milli mətbuatımızın keçdiyi şərəfli yoldan, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai şuranın sədri Amin Məmmədov ölkəmizdə aparılan yaşıllaşdırma işlərindən ətraflı söz açır:

"Milli Konservatoriyanın baş müəllimi, dirijor Aysel Bağırova isə film-konsetdə mahnıları təhlil edir. Film-konsertdə bəstəkar Bəhram Nəsibovun milli mətbuatımızı, təbiətimizi, ekologiyamızı və alternativ enerji mənbələrini vəsf edən altı mahnısından beşi ilk dəfə səslənir. Mahnıları müğənnilərdən Fövqaladə Hallar Nazirliyinin Akademiyasının hərbi orkestrinin solisti Anar İlhamlı, şair-müğənni Günel Nazarova, Respublika üzrə müğam müsabiqəsinin qalibi Nurlan Səfərov, “Solostar” istedadlar yarışının qalibi Mirhidayət Kazımov ifa edib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə İctimai Birliyimizə etimad göstərərək, Milli Mətbuatımızın 150 illiyinə töhfə vermək şansını yaratdığına görə minnətdarlığımı bildirirəm".

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı